Neçə axund gördüm, neçə də alim,Görmədim sən təki nadan, a molla.İnsafın yox, mürvətin yox, arın yox,Bilən yoxdu kimdir atan, a molla.

Arazı keçibsən, olubsan molla,Darğa kəsilibsən sən bu mahala.Qudurdun, sataşdın gəlinə, dula,Allaha xoş getməz, bir qan, a molla.

Məmmədhüseyn qananların qananı,Lütqom idin, eldən almısan nanı.Əvəzində talamısan hər yanı,Qənim olar sənə Quran, a molla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət