Bilin, bu dəhri-dünyada hərə bir növ cəlal istər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
Kimi sidq ilə qəlbdə tutub haqqın damənindən,Kimi məddahi-mövladı, kimi göyçək camal istər.
Kimi mətləbinə yetmiş, edibdir kami-dil hasil,Kimi həsrət qalıb yara, fələkdən bir macal istər.
Kimi qəvvas olub cummuş qəhərlə qəri-dəryaya,Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər.
Ona dağdan verir ruzi, buna ol qəri-dəryadan,Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.
Bu mətləbi qanan çoxdur, mütəlləq etiqad etməz,Bu əmrə etiqad etmək dərin mərfət, kamal istər.
Bilirsən, dünyada, qafil, qalır bu dünyanın malı,Beş arşın ağ geyən kimsə utanmaz, yaşıl, al istər.
Bilirsən, dünyada, zalım, Mələk əl-mövt alır canı,Yuyar qəssal, qoyar qəbrə, gələr Nəkreyn sual istər.
Demə, zahid, mənəm alim, oxuram əntə-sübhanı,Siratdan istəyən keçmək Xudadan pərü bal istər.
İgidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,Bir Allah istəyən şəxsi sevər, külli-mahal istər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ələsgər zari-dil, xəstə deyər: sərvi-xuramanım,Mənim bu natəvan könlüm səni şamu -səhər istər.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-bilin-bu-dehri-dunyada-here-bir-nov-celal-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çərşənbə günündə, çeşmə başındaGözüm bir alagöz xanıma düşdü.
DağıtsınO cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.
Bahar fəsli, yaz ayları gələndəSüsənli, sünbüllü, lalalı dağlar,
DağlarBir ay yarım nobahardan keçəndə,Car olur köksündən sellərin, dağlar!
Başqa şairlərin şeirləri · İlahi eşq
Gündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.