Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,Xabi-röyada qasid verdi mana vay xəbəri.
Ölümü sal yadına, gül olma dünya malına,Yaradan öldürəcək, qoymayacaq bir bəşəri.
İbtida, soruşarlar səndən qonşunun sualın,Eşitmişəm alimdən, var hədisi-mötəbəri.
Yığasan bu dünyanın malını, anbar edəsən,Beş arşın ağdı payın, yoxdu sana heç səməri.
Hanı Şəddad, hanı Nəmrud, hanı Fironi-Ləin,Hanı ol Dalü ibni-Dal, cəm eylədi Şəhri-Zəri?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Məcnunun ərzi-halın Leyli əyan xidmətinə,Tuli-təfsil nə lazım, söylə bəyan müxtəsəri…
Kitabxana.az · https://kitabxana.az/works/elesger-qalx-konul-pervaz-ele-eyle-teleb-bir-seferi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bu gündə ağladır afaqı ahü vayi-vətən,Cahanı titrədiyor növhənövü nəvayi-vətən.
Ləali-mənzumə, fəsil 19آغشته بخون پیکر شاه مدنی بیندرۀ نجفی رنگ عقیق یمنی بین
Birdi-birƏrşdə xaliq, yerdə züllah, (zühur)Evdə ata birdi-bir.
Mənim ömrümÖmür tənhalıqda bada gedərdi,Əgər olmasaydı gözəl insanlar.