Bilmərəm
Hiyləgər gözünlə aşiqə baxma,Eşqin kamanını ata bilmərəm.Qocalıqda məni odlara yaxma,Günüm keçib, sənə çata bilmərəm.
Vaxt var idi havalanıb uçardım,Ürək sirrim gözəllərə açardım.Xoşa gəlsə götürərdim, qaçardım,Qədd əyilib sənə bata bilmərəm.
Məmmədhüseynəm, saç ağarıb neyləyim,Xəncər alıb qara bağrım teyləyim.Könül istər təzə gülü iyləyim,Əlim əsir, əfsus, tuta bilmərəm.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-bilmerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən qurban eylərəm, “uf” da demədən,Mətləblər anlayan sərə, sərimi.
Var istə məndənDedim gir qəlbimə, düz ilqar ara,Demədim əl çirki, var istə məndən.
YaxşıdırTəşrif qılıb bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Yan-yanaDara zülfün, hör hörüyün, at dala,Düzülsün gərdəndə qoşa, yan-yana.