Təşrif qılıb bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.Dindirsələr həqiqətdən ver xəbər,Görən desin, nə maşallah yaxşıdır.

Süvar ollam yaxşı ata yerində,Kamil ovçu yaxşı ata yerində.Yaman oğul yaxşı ata yerində,Qaldığından qalmadığı yaxşıdır.

Məmmədhüseyn deyər, az ələ düşər,Uçar könlüm quşu əzələ düşər.Arayıb-axtarsan az ələ düşər,Yaxşı gövhər, yaxşı sərraf, yaxşı dürr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri