Axı neyləmişəm qıyqac baxırsan,Dönübsən sıyrılmış qılınca, gözəl.Dərdli Məcnun kimi gəzib dolannam,Qolumu boynuna salınca, gözəl.

Hüsnünə müştağam, doymaram səndən,O püstə dahandan, o şirin dildən.Tutmuşam yaxanı, qoymaram əldən,Dərdimə dərmanı alınca, gözəl.

And olsun tanrıya, o Paki Nura,Üzünü görməsəm getmərəm gora.Fəqir Məmmədhüseyn düşübdü tora,Mələr ahu kimi alınca, gözəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri