Göyçə ellidi
(qıfılbənd)
On altı paçalı o nə əlamətdi,O, nədir ki, dörd ayaqdan nallıdı?Yay olanda özün pünhan eyləyər,Üç ay zimistanda qalmaqallıdı.
Səkkiz dəst sümüyü var əndamında,Yüz damarı qərar tutub canında.Bir gözü kəllədə, isbat yanında,Onu görənlərin adı bəllidi.
Heç kəs ilə salam, səfa eyləməz,Heç kəs ilə üzün tutub söyləməz.Heç gedəni yoldan tutub əyləməz,Bir səri dumanlı köksü yellidi.
Alimlə düşmüşəm cəngi-savaşa,Tapılmaz xanədi zor vermə başa.Deməynən şairlər söz deyir boşa,Xəbər alsan əslim, Göyçə ellidi.
Gecələr gözümə vermədim xabı,Eşq atəşi məndə qoymayıb tabı.Məmmədhüseynə verə bilsən cavabı,Bir şəxs idi, sağı-solu qulludu.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-goyce-ellidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Əzəldən ta əbəd heydər gəlübdürƏzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır