Ağrın alım
Söz vermişdin canbir qəlb olmağa,Eyləmə bu qədər naz, ağrın alım.Gəlməmisən saqqalımı yolmağa,Yaxşıya, yamana döz, ağrın alım.
Yersiz işin xatirimə çox dəyir,Bəd rəftarın cavan qəddimi əyir.Demirəm, çox yun dara, cəhrə əyir,Xoş dolan, gör işi az, ağrın alım.
Əvvəlkitək üzün gülsün üzümə,Bir qüvvət ol söhbətimə, sözümə.Məmmədhüseynin yaxşı dəysən gözünə,Vəsfini eyləsin saz ağrın alım.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-agrin-alim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindənEy dil, yapış ol Əhmədi-Muxtar ətəyindənTa kim, nəfəsin var.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,