Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindənTa kim, nəfəsin var.Səflər dağıdan Heydəri-Kərrar ətəyindən,Qəmdən bizi qurtar.Tut silsiləyi-seyyidi-əbrar ətəyindən,Onlardı dəhü çar.Həftad dü tən yavərü qəmxar ətəyindən,Xoşxülq, xoşotvar.Hər xeyr tökülsə, tökülür var ətəyindən,Bil vazehü aşkar.

Ta onbeşədək bilmədin əsla nədir ehkam,“Tifləm”, – dedin, ey dun.Müddət də dolandın arada sərxoşü sərsəm,Öz-özünə məmun.Əlbəttə, dedin:püxtə olar əllidə bu xam,Keçdi o da əknun.Həştad yaxınlaşdı, görək hansı bəs əncam,Etdin məni məğbun.Harda tökəcəksən daşı idbar, ətəyindən,Yox səndə məgər ar?!

Ovqati-əzizi keçidin ləhvü ləəblə,Çəkdin bəsi zəhmət.Tərtib verib məclisə biəsl nəsəblə,İçdin meyi-qəflət.Bir dəm oturub-durmadın ərkanü ədəblə,Bahörməti-taət.İnsaf elə ol qadiri-biçun nə səbəbləVersin sənə cənnət?!Dünyadə tutan badeyi-gülnar ətəyindənÜqbadə tapar nar.Hər qanda ki, dilbəri-tənnaz eşitdin,Xoş şəklü şəmayil.Çox verdi sənə pənd xirəd, sən az eşitdin,Oldun ona mayil.Daim süxəni-mərdümi-nasaz eşitdin,Yox sən kimi zail.Məsciddəvü mənbərdə qışü yaz eşitdin,Yüz vəzü dəlayil.Cümlə dedilər: əl götü bədkar ətəyindən,Lənət sənə səd bar!

Bir kimsənə ki, naqis ola ruzi-əzəldən,Gər yalı ağarə;Bir ləhzə mənim kimi usanmaz bəd əməldən,Artar vara-varə.

Daim danışır badəvü məhbubü gözələdənBişüğl, bikarə.Yox daneyi-ərzən qədəri şəri qəzəldən,Zakir, sənə çarə.Tut Ali-Əlinin genə naçar ətəyindən,Fəryad elə, yalvar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri