Ey qaşı kaman, kipriyi ox, qəmzəsi xəncər,Rüxsari gülgun.Rəna qədinə zülfi-girehgiri bərabər,Hər ikisi mövzun.Tüngi-dəhəni içrə dodağı, dili şəkkər,Dişlər düri-məknun.Bu hüsnü sənə bəxş qılıb xaliqi-əkbər,Ol qadiri biçun;Ondan biir mali-füqəradır, bizə göndər,Yox sizdə bu qanun?Şəri-nəbəvi oldu şeyin xümsü zəkatınRədd eyləməsən ta.Özün öz əlinlə qaçırıbsan bərəkatın,Xeyr isətəmə əsla.Bir parəsinə çək qələm, ol bəd hərəkatınEylər məni yəğma.Ol misrəi-salisdəkiüç həbbi-nəbatınLütf et bir, əmmaTiryakmizacəm, ola hər qansı şirintər,Qıl könlümü məmnun!

Saçı, həvəsilə nə deyim, çeşmi-xumarınSancar məni hər şəb,Ta sübh gəlincə gecələr sevgili yarın,Hər tük olub əğrəb.Bunca çəkərəm bari-qəmin leylü naharın,Oldur mənə mətləb.

Sərkeşliyə mötad olub zülfi nigarın,Gəlməz elə yarəb!Əfi yaradıbsan bunu, ya mürtədü kafər?Kar eyləməz əfsun.

Göndərdi, qoşub bir-birinə çərx qəmini,Qılsın məni pamal.Sərəsgər edib onlara hicr adlımı, yəniPürməkrü bədəfal.Yox mu qədəri, tarı bilir, məzhəbü dini,Bir zalimü qəttal.Qaldım təkü tənha, məni biyarü həziniEtdi elə bihal,Ümmidi bəqadən keçib iş, gor gələ yeksər,Loğmanü Fələtun.

Ey dil fələki-süflə qomaz kimsəni dilşad,Gah-gah vurar niş.Tədric ilə vuran olacaqdır hamı bünyad,Əlbətto pəsü piş.Cəmiyyətü-Cəmşidü, Firidunu elə yad,Ol aqibətəndiş.Bir ləhzədə bicürmü günah eylədi bərbad,Bədməzhəbü bədkiş;Zakir kimi dilgirü pərişanü mükəddərYox dəhrdə əknun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri