Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)
Başına döndüyüm, a dəstəbaşı,Yön çevirib bu diyara, gəlmişəm.Çərxi-fələk əyib mənim işimi,İşim düşüb, ahu-zara, gəlmişəm.
Beş camışım vardı, beş-on da malım,Onlarnan keçərdi mənim əhvalım.Belə çaldı getdi bimürvət zalım,Qapım dönüb dəyirmana, gəlmişəm.
Bir badi-sərsəri sərimdə əsdi,İsgəndər nərəli, Rüstəm Zal şəstli.Bir müşkül işim də sizlərə düşdü,Gəl eylə dərdimə çara, gəlmişəm.
Məmmədhüseyn sizə xilaf söyləməz,Eşqin dəryasına girib boylamaz.Qovça güney əlli, altmış yeyləməz,Sənin kimi qəhrəmana gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-gelmisem-basina-donduyum-a-destebasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Burada bir səyyadın tor bənası var,Cəhd eylər, dəstinin tərlanı gəlsin.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabınGöstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
YelkənYelkənin varlığı rüzgardır, oğul,Ona rüzgar əbədi yardır, oğul!
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.