Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)
Varım-yoxum olan qoyunum, malım,İtib, axtarmaqdan zara gəlmişəm.Əzəldən yatıbdır bəxtim, yığvalım,İşim düşüb, yaman dara gəlmişəm.
Halalca zəhmətim öz əməyimdir,Dolandıran bir Allah köməyimdir.Bir kəsə qıymazdım, bilmirəm kimdir,Eyləyib könlümü qara gəlmişəm.
Ağlaşır uşaqlar bir neçə gündür,Onun üçün sinəm çarpaz düyündür.Hansı zalım bu işinə öyündü,Vurdu ürəyimə yara, gəlmişəm.
Yandırıb, qoy deyim nainsaf oğlu,Aparıb olanı, qanımı sordu.Bilmirəm tutulan nə divan, tordu,Yaş ötüb, yıxıla-dura gəlmişəm.
Məmmədhüseynəm, bir yamanlıq bilmədim,Çarəsizə çarə qıldım, gülmədim.Dəstəbaşı, dərdim sənə söylədim,Dalınca dağlara kara gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-gelmisem-varim-yoxum-olan-qoyunum-malim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsiMirzə Həsən:**Qönçə lətafətli, lalə üzlüsən,
Yandırdı məni yar bu hicran arasındaYandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,