Yandırdı məni yar bu hicran arasında.Kül etdi məni buteyi-əfğan arasında.

Divanə dedi hər görən eşqində cigərxun,Bədnam elədi firqeyi-nadan arasında.

Saldı məni qəmdən qəmə, bir etmədi dərman,Qoydu məni bu dərd ilə dərman arasında.

Bir tazə günəş doğdu iki dağ ətəyindən,Zənn etdi görən sinəni püstan arasında.

Qeys oldu əgərçi qəmi-Leyli ilə Məcnun,O qalmamış əsla belə niyran arasında.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyd etməyə bu Şaiqi-dilxəstəni ol yar,Düzmüş üzə xal zülfi-pərişan arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yeddinci fəsil

Əşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.

190924 dəq
Səkkizinci fəsil

Yay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.

190917 dəq
Doqquzuncu fəsil

Qızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.

190920 dəq
Onuncu fəsil

Əhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:– Bura bax, üzünü çevirib keçmə! – dedi.

19097 dəq

Başqa şairlərin şeirləri · Eşq