Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.

Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,K-ənvarinə bulunmaz hərgiz anın nihayət.

Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,Mehr ilə mahə eylər hər dəmbədəm sirayət.

Hicrin şəbində məqsud yoluni yad qıldım,Bir guşədən görüngil, ey kövkəbi-hidayət.

Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət.

Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,Səbülməsanidə səhh oldu ol kitabət.

Sünbül saçını çözmə kim, necə baş ayaqdaQalır ucundan anın bicürmü bicinayət.

Məşuqinin, ey aşiq, mehri odu yelinəHər dəmdə abü xakə bax, eyləmə şikayət.

Məşuqədən xəbər kim bilmək dilərsə, yansınEşq oduna ki, aşiq budur əssəh rəvayət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bipavü sər fənadə qalmışdürür Həbibi,Lütfünlə dəstigir ol, fəzlinlə et inayət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq