Bu vətən deyilən dünyam sirlidi,Bir paytaxtı sevinc, bir paytaxtı qəm.Bu Vətən torpağı çox qəribədi,Hələ sərhəddini tapa bilmirəm!

Arzu da beləcə sərhədsiz olur,Ümman da beləcə, göy də beləcə.Ruhumuz sərhədsiz olduğu üçünPayımız gəlibdi göydən beləcə!..

Belə sonsuzluğun sonsuz qayğısı...Bəlkə də taleyim düz eləməyir.Mənə, yurdumuzun son sahilinəYetməyə bir ömür bəs eləməyir.

Dünyanın köksündən bir ümman axır,Yayılır qolları, dəyişir adı.Yolları Şərurda dayanan xalqınQəlbinin paytaxtı Kərbəladadı.¹

Dərbənd qəbristanı özündən böyük,Müdrik babamıza dayanacaqdır...Bir gün Dədəm Qorqud mənə işimcəTəzə ad verməyə oyanacaqdır!

“İrəvan çuxuru” alışır sazda,Sinəmə sıxmağa “Göyçə gölüm” var.Dağların başında Ələsgər kimiBizdən uzaq düşən bir küsülüm var.

Gəzəm oba-oba. Qarayazını,Süleyman saz çala, ağlayam zar-zar.

¹ Füzulinin əbədi beşiyi mənasında.

Hərəsi yurdumun bir paytaxtıdıBorçalı elində tutqun analar!

Hardan tapacaqsan sərhədləriniƏmrahın sazından keçirsə əgər!Dərbənddə Pərvanə adlanan qızınÇağlayan gözündən keçirsə əgər!Qitələr dolanan didərginlərinYolundan, izindən keçirsə əgər!O şəkər dillərin belini qıranŞəhriyar sözündən keçirsə əgər!Şumerdən adlayan on min il yaşlıÖlümsüz bir dilin söz qatlarında“Nənə” kəlməsindən keçirsə əgər!..

Arzu da beləcə sərhədsiz olur,Ümman da beləcə, göy də beləcə.Ruhumuz sərhədsiz olduğu üçünPayımız gəlibdi göydən beləcə!..

Peredelkino, 18.01.1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən