Oldu
Köçübdü sultanım, sərdarım, xanım,Qəlbim qəm evində pərişan oldu.Aparıb özüylə dinim, imanım,Sədrim qəm oxuna bir nişan oldu.
Mədinə dərs verdi, Kərbəla şöhrət,Dərsi dərs içində sanılı ibrət.Təbibi kar oldu, sağaldı min dərd,Yurd saldı, sənəti bir gülşən oldu.
Yerdən, göydən, Nuh nəbidən xəbərdar,İzah eylər, cümlə neçə elm var.Baş vurar dəryaya, gövhəri arar,Neçə-neçə dildə danışan oldu.
Zəburdan, Tövratdan, Qurandan dərsi,Eşq əhlini heyran qoydu həvəsi.Əlindəydi fəzlin bəndi bərəsiAlimlə, Xotkarla yarışan oldu.
Itirdim ümmanı, yoxdu damlası,Tükənməz, ölüncə tutaram yası.Sazımda qəmləndi hicran havası,Tale təqdirində pərişan oldu.
Köç etdi sərində külli xəzinə,Ünvansızdı, necə düşüm izinə?Qiymət versə üləmalar sözünə,Nəğmələr içində zərnişan oldu.
Qərib kimsənəydi, vətəni Sulduz,Zülmət dünyasında şöləli ulduz.Namərd qurğusuyla yaşadı yalqız,Cismimə od saldı, alışan oldu.
Sanaram zülmətdə bir dağ aşığı,Verdi kəlamıma yar-yaraşığı.Alı, giryan yad et, sən Ağ Aşığı,Kədərin hicranla barışan oldu.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-oldu-ag-asiga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hicranım, möhnətim, dərd ilə qəmimAz qalıb canımı ay üzə, üzə.
Aya qalmasınBimürvət yar məni candan eylədi,Tutubdu dəstində ayaq almasın.
Başa-başDost odur ki, öz dostunnan dost ola,Düşməninnən düşmən ola başa-baş.
Bir gözə ləliArif ziba görsə, meyl etməz ona,Göstərmə gəl, sərraf, bir gözə ləli.
Başqa şairlərin şeirləri
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
در سرم نیست به جز سر تو سودای دگردر دلم نیست به غیر از تو تولای دگر
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
به ابروان چو کمانی به زلفگان چو کمندلبانْت سوده عقیق و رخانْت ساده پرند