Gəldi yaz ayları, yaylaq çağıdı,Ellər tərk eyləyir aranı tez-tez.Aralansa sərin hax dərgahından,Sədaqət qısaldar aranı tez-tez.

Gərdişə nəs anı sayalar, keçər,Yardan yara alsan, sayalar, keçər.Gələr allı-şallı, sayalar keçər,Aşiq qeyrət çəkər, ar anı tez-tez.

Neçə ayə gəldi, yazıda yandı,Qışı atəşləndi, yazı da yandı.Alı yay ağladı, yazı dayandı,İndi yad eləyir aranı tez-tez.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq