Yad edəndə yad ellərdə diyarı,Aşığın eynindən ayalı keçdi.Sərdə yaraşıqdı ata Ağ Aşıq,Dərsini sənədli, ayalı keçdi.

Çətin ki, daralar yaşada səni,Asi eylər haqqa, ya şada səni.İslansan, salarlar yaşa da səni,Cəhd eylə çat elə, a yalı keç di.

Ərşdən çən çəkildi, ayazı qaldı,Əqil zaya getdi, ay azı qaldı.Sənətdən yadigar a yazı qaldı,Gərdişi-ah –zarla, ay Alı, keçidi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq