Ha qala-qala
Yarı yad eyləsən a nazlı canan,Eynindən iraqda ha qala-qala.Leyli-nahar həsrətindən nalandı,Çəkirsən sərini ha qala-qala.
Naqis rast gələndə qala, sarsıyar,Yar həsrəti canda qala sarsıyar.Eşqin atəşindən qala sarsıyar,Eşqə nə çəkirsən ha qala-qala.
Səxalısan az Alını yan, ara,Kəs arasan at dəryaya, ya nara.Yanar neylər əzəlindən yanara,Atəşi atəşə ha qala-qala.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-ha-qala-qala
← → düymələri ilə keçid, R — təsadüfi şeir