Eyləmə
Vüsalını hər il yubatdın, ey dil,Zülmü yara, çeşmi-çıraq eyləmə.İlqarımda xəlil, kalamım dəlil,Arama pəjmürdə varaq eyləmə.
Əhvalındı dəmli, dolan həmdəmli,Ləbindi məlhəmli, əqlin ələmli,Gözlərim də nəmli, rüzgarım qəmli,Mah camalın məndən iraq eyləmə.
Gözəllərin xam, dövran sultanı,Kəramətin kanı, etmə üsyanı,Tərk edib məkanı, tutaram kanı,Bihudə arama, soraq eyləmə.
Diyarım xanımı, alma canımı,Sevənin zalımı, gör imanımı,Alıb kamanımı, axıt qanımı,Mərhəmətin məndən uzaq eyləmə.
Sən ey hilal qaşlı, Alı sirdaşdı,Qəm həddini aşdı, huşum dolaşdı.Məramın araşdı, bu nə talaşdı,Ömrümü qəm-qüssə, fəraq eyləmə.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-eyleme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hikmətindən bağlanıbdı,Dürrə misaldı yüküm.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı