Kənardan qəlb ilə gəzirəm səni,Dodaq gəlib gül yanağa dəyməmiş.Çəkirəm əziyyət, gəz qabağımda,Əl uzadıb gülün xara dəyməmiş.

O ala gözlərə mayıl olmuşam,Gül yanağa bil ki, sayıl olmuşam,Çəkdirsən dara da qayıl olmuşam,Ox da gedib öz ovuna dəyməmiş.

Deyər Aşıq Alı, ay qoşa xallı!Əmərəm ləbinnən ləbləri ballı,Dərdini çəkirəm çox qilü-qallı,Cənnət sənsən, səndə bara dəyməmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar