Ellər köçər, məskən salarDağlar qoynunda-qoynunda.Ana, bala layla deyər,Çağlar qoynunda-qoynunda.

Yaradanmı qərar qoyub?Bağrımın başını oyub?Çoxlarını ağlar qoyubDağlar qoynunda-qoynunda.

Alı deyər barlı bağlar;Yarım görcək yanar, ağlar.Sinəsini çarpaz dağlar,Saxlar qoynunda-qoynunda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri