Dolana bilməz
Xəlləqul-aləmin budur qərarı,Qış olmasa, bahar dolana bilməz.Ər kişi vətəndən düşsə aralı,Ah çəkib saralar, dolana bilməz.
Dost bağında qönçə kimi bitməyən,Gül üstündə bülbül kimi ötməyən,Vədə verib, ilqarına yetməyən,Vədəsiz qocalar, dolana bilməz.
Bəlalı başımı alıb dumanlar,Alçalın, siz Allah, əyilin, dağlar!Müddətdir, yolumu gözləyənim var,Heç iyit biilqar dolana bilməz.
Mərdlərin biriynən tutmuşam bəhsi,Xudam, iltimasa çəkmə heç kəsi!Alı-türki-zəban, Əli şiəsi,Dərgahından kənar dolana bilməz!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-dolana-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Aman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur