Şükür olsun ol xudayaAdil divan bizdədi,Dini məssər yolu ərkanİlqar, iman bizdədi.Neyliyirəm o məzhəbiYoldan xarici olaMəhəmmədə nazil olanAyeyi-Qur'an bizdədi.

İncil İsaya gəlibdi,Tövrat Musaya ey dilQur'an Məhəmmədindi,Sən gəl onu yəqin bilDörd çeşmədən ponqar axarHəqiqətdə durar gölGirməynən ki, qərq olarsanDərya, umman bizdədi.

Göylərdən dörd kalam endi,Məhəmmədə Qur'andı,İnşallah ki, möminləriO dardan qurtarandı.Gəl qəm çəkmə, Aşıq Alı,Ağan Şahi-MərdandıPenci-ali Sahibzaman,On iki imam bizdədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri