Cəmaət
Səd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.Çox hörmət edir şövqlə mərdanə cəmaət,Layiq deyələr məcmu bəy-ü-xanə, cəmaət,Həm dam qurub xalqa səpir danə, cəmaət.
Ətfal ki üsrət çəkir əlhal çörəkdən,Görür kişilər işləri can ilə yürəkdən,Çox gürlük edib meşədə ağac dirəkdən,Həm zəhmətə qayırıban şanə, kürəkdən,Yeksər yığışıb getdilə Sisyana, cəmaət.
Bu qüssə verübdi bizi aləmdə güdazə,Üç ildən, iki ildən alur köhnə və tazə,Yaz vədə verir payıza, payızda da yazə,Qış vaxtı da biz göz tikirik cay-i-nəmazə,Gər verməsələr çarə, nədir ana, cəmaət.
Çoxdandı gəlib bura (Fərhad Əli Əkbər),Çox nisyə alur xalq, qalıb aciz və müztər,Bu yerdə oturmaq xalqa çox hövsələ istər,Vallahi ki, axır yetər cana, cəmaət.
Bir Şah Vəlid (Cənlü)də sakindi cənabı,Minlər ilə təsbihə salur haqq-ü-hesabı,Dəftərdə yazır Şahpəriyə iynəni, sapı,Vallah ki, Fərhad əminin yox bu kitabı,Axır bürünər kirlicə yorğana, cəmaət.
Bu könlüm olub dərd-ü-qəm-ü-möhnətə amac,Hər evinə nahar etməyə bir kimsəyə möhtac,(Abbasəli) və (Kürd Həsən)dir bizə əlac,Axır günü bizlərdə olar, tək qalarıq aç,Gəl and içim ol ayeyi-Qurana, cəmaət.
Məxdumi-Mükərrəm Əli nəvadə Hacı Xan,Taciriliyi aləmdə hesab elədi asan,Axır qalacaq nisyə verib dideyi-giryan,Borclu aparar hər nə ki var qapıda heyvan,Siz onda baxın nalə vü əfqana, cəmaət.
Molla Əliqulunun gül geyib tazə çuxasın,Hatəm özü tərif qılıb cud-u-səxasın,Xalqın eyləyib zaye bu qaymaq yuxasın,Bitlər darışıb sirkə basıb çünki yaxasın,Qoymaz gələ biçarə ata, cana, cəmaət.
Tul eyləmə bu şeri, əya Sabiri-məhzun,Əlhəq bu cəmaət eyləyibdi səni dilxun,Hər hərfinə şayistədi bir lölöyi-məknun,Yoxsa edərəm bunları mən hicv ilə məğbun,Qurban olalar haqq-i-nəmək-nanə, cəmaət.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ehmed-sabir-el-sairi-cemaet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Atəşkədə, fəsil 4از حدیث شاه حرّ ابن یزیداز ندامت دست بر دندان گزید