Bəd xəbəri verməyə tələsməyin dünyada,nə yaxına, nə yada.Yüngül olur ayağı onsuz da bəd xəbərinüzü bozdu kədərin.Bir qəlbin şüşəsini qırmağa tələsməyin.bir gülüşü yanaqda,bir söhbəti dodaqda,bir yerişi ayaqdaheç yarımçıq kəsməyin.Biri gül bəsləyirsə,biri yol gözləyirsə,tufan olub əsməyin,ləngiyin, tələsməyin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri