Ucundadır dilimin,Həqiqətin böyüyü.Nə qoydular deyəyim,Nə kəsdilər dilimi.

Bilirmisən cühəlaNə etdilər vatana?Nə qoydular uyuya,Nə qoydular oyana.

Durur bila-hərəkət,Rəvamı bir diriyə?Nə getmədə iləri,Nə dönmədə geriyə.

Ədu qırır qapıyı,Biz evdə bixəbəriz.Nə başqa başqalarız,Nə ittihad edəriz.

Ayıltmadı qələmim.Şu türk ilə əcəmi.Nə qoydular yazayım,Nə qırdılar qələmi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri