Bu millət ölməyi bacarır hələ
Şərə meydan açan bir söz üstündə,Könlü şüşələnmiş bir qız üstündə,Heysiyyət üstündə, namus üstündəBu millət ölməyi bacarır hələ!
Nə olsun arada nadanı artıb,Kişi geyimində qadını artıb,Südünün mayası çürüyüb bir az,Düşmən torpağına yeriyib bir az,Özgə zurnasını çalanı çoxdur,Sözünün yaltağı, yalanı çoxdur,Nəfəsini çaşdırıb əyri tərəzi,Ruhunu kiçildib tayfa mərəzi...Nə olsun zəmi də alaqsız olmur!Çinar da yarasız, calaqsız olmur!Alıb kölgəsinə tikanlıqlarıVüqar heykəli tək ucalır hələ,Elə daşa dönüb öz kökü üstəBu millət ölməyi bacarır hələ!
Min il öz nəfəsində boğulan odur.Min əllə min qaba sağılan odur.Boyunu kəsdilər – göyə dirəndi,Suyunu kəsdilər, ildırım əmdi!Haqqı səslədikcə dili gül açdı,Yolu bağlandıqca dünya dolaşdı!Onun ocağına qızındı dünya,Qızınıb adına qısqandı dünya.Qitələr bürüyən kökü danıldı.
O göydən gələndi, göyü danıldı.İnsana ölməzlik öyrədənlərinÜzünə qəbirlər açılır hələ.Hətta məzarı da göz çıxarırsa,Bu millət ölməyi bacarır hələ!
Əli qılınclıydı – qandallı olub,Köhnə çəmənzarı qanqallıq olub.Düşməni güldürür ölümə gülən,Yataqda keçinir at üstə ölən...Torpağın üstündə qoşa nöqtə təkŞəhid məzarıyla qaçqın məzarı.Tel-tel doğulmuşduq, el-el ölürük –Kəlbəcər məzarı, Laçın məzarı!Ölümə məhkumsa insanlığımız,Açın, Vətən boyda açın məzarı!Sonda nəfər-nəfər bölünürüksə,Gedib qardaş deyim, qucum məzarı!Mənim tariximin yelkəni açıq,Orda zəfər çavlır, bac alır hələ.Özü qurduğunu özü uçuranBu millət ölməyi bacarır hələ!
Ölməyi bacaran ölü deyildir,Bu yol əbədiyyət yolu deyildir.Bu millət qulların qulu deyildir,Öləcək, öləcək, öləcək millət,Sonra ölümünə güləcək millət,Sonra öz gücünü biləcək millət!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-bu-millet-olmeyi-bacarir-hele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Səni mənim qədər kimsə anlamaz,Kimsə duya bilməz səni mənimtək,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
بیداری سیاه دلان عین غفلت استخوابی که نیست از سر غفلت، عبادت است
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsunƏgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!