Ey bəxt, nədir səndə bu əhval, bu halət
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!
Gah Qaf dağına çıxmadayam, gahi cahanda,Avarə dolannam da vilayət bə vilayət.
Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən,Gah da edərəm Rus, Lehistanə əzimət.
Mən bixəbər oldum bu cahandan, o da məndən,Bir itmişə bundan da gözəl varmı əlamət?
Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan,Yaxşı, pisimi eyləyə təhsinü məlamət.
Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən,Bihudə olur ömri-giranmayə də ğarət.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bundan belə bir künci-xərabata düşərdim,Qurtarsam əgər, Qüdsi, bu dəm canı səlamət.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-ey-bext-nedir-sende-bu-ehval-bu-halet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
Biliklər, önündə bir müşgülatdırBiliklər, önündə bir müşgülatdır,Səni dərk etməkdə ağıllar matdır.
Qəlbimin istəyi hər arzu, məramQəlbimin istəyi hər arzu, məram,Əqlin istəyində əks olmuş təmam.
Kafirlik ömrümü etmişdir hədərKafirlik ömrümü etmişdir hədər,Məqsədçin mən hara eyləyim səfər?
Başqa şairlərin şeirləri · Hicran
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
İstəsən könlüm kimi zülfün pərişanİstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
Sılaya varacağamYol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…