Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,Nə məharət eləmiş saqiyi-yarım bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti varAlmasaydı əgər o səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanım,Batinü zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,Nə qiyamət eləyir laləüzarım bu gecə.
Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,O çəmənzari dilər bülbüli-zarım bu gecə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kakilindən hələ mən bircə dügün açmamışam,Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-elde-mey-uzde-gulus-geldi-nigarim-bu-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, gəl badə ver, dağılsın bu qəm,Dağılsın bəlkə bu qəlbimdən ələm.
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Ümidim çoxdur ki, hicran tükənərÜmidim çoxdur ki, hicran tükənər,Xoş keçər bəlkə bu ömür bir qədər.
Sənsiz rahatlığım yoxdur, a canımSənsiz rahatlığım yoxdur, a canım,Nə şadlıq varımdır, nə xoş zamanım.
Başqa şairlərin şeirləri · Eşq
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
بد دوش چه، راز، با که، با یار مراپنهان ز که، از خصم، چه انکار مرا
اشک عاشق بر رخش چون سیم و زر دارد نمودسیم و زر هر جا که باشد در نظر دارد نمود