Fəqrlə tapdım özümə mən əlac
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Fəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.
Bax ki, bu dərgahda duran bəndələr,Səltənət almış, özü bitəxtü tac,
Şəhdi-ləbindən acı sözlər belə,Ruhə verir ləzzətü zövqilə bac.
Gözlə ürəkdən əcəb aldın təvan,Almamış heç kəs bu cürə bir xərac.
Mənfəət axtarma bu bazardə,Qəlb yolu tapmaz belə yerdə rəvac.
Piri-Muğandan dilədim hümməti,Söylədi dərddir yenə dərdə əlac.
Məqtə — şairin təxəllüsü olan son beyt. Cami-mey al dəstinə, ey Qüdsi, sən,Gizli qalan sirləri dünyayə aç!
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-feqrle-tapdim-ozume-men-elac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Yol saldım onun zülfünə sevdası gözəldirYol saldım onun zülfünə sevdası gözəldir,Hər şeydən onun gün kimi siması gözəldir.
Çox gözdə sürmə, əldə həna, üzdə xal olurÇox gözdə sürmə, əldə həna, üzdə xal olur,Nisbət bu qaşü bu gözə bənzər məhal olur.
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbərÖyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Başqa şairlərin şeirləri
Ey yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
DünyaNə veribsən, alammırsan,Suçum nədi görən, dünya?
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,