Çox gözdə sürmə, əldə həna, üzdə xal olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,Nisbət bu qaşü bu gözə bənzər məhal olur.
Qafi--qaşın, tayi--telin, lami--ləblərin,Aləmdə əlbir eyləsə, billah qital olur.
Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın,Gəlməz xəyalə axırı məhzi-xəyal olur.
Sirri-dəhani sordum o şəkkər dodaqdən,«Pünhan danış bu sirri--dedi,--qilü qal olur».
Məqtə — şairin təxəllüsü olan son beyt. Görçək o atəşin üzünü nitqim oldu lal,Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-cox-gozde-surme-elde-hena-uzde-xal-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Mətləbin tədriclə açılmasıCox zamandı urəyimdə dolanırdı bu sual,Gorəsən ki, icən zaman necə dəyişir əhval?
Əsl məqsədin bəyanıEy konul, sən ibrət gotur oz başına gələndən,Başqası da ibrət alsın bu yol ilə qoy səndən.
Can yaxan eşqin işığından bir şüaSalam, sizə ey sevdanı bilən əhli-mərifət,Səlamətlik guşəsinə cəksin sizi məhəbbət.