Yaman darıxmışam
Yaman darıxmışam səninçin, yaman!Mən əsir düşmüşəm öz istəyimə.Nifrəti gizlətmək asandan asan,Sevgini gizlətmək mahalmış, demə!
Haraylar yüksəlir könüldən yenə,Bu necə haraydı, bu necə haydı?Öhdəmdən gələrdim... Gözüm üzünə,Qulağım səsinə darıxmasaydı...
Elə bil hər yerdən üzülüb əlim...Mən azıb qalmışam qəm dərəsində.Dirilib yaşanır sənli günlərimSənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam... Bu nədir yenəAğlım sağa baxır, ürəyim sola.Ürəyim dönübdür göy göyərçinəQonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam... Hər axşamçağıArzumu günəşin telinə sardım.Mənimlə olsaydı, mən darıxmağıZamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin...Qısıldıq küncə.Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.Kölgəyə dönmüşdüm,Səni görüncəSənin işığında yox oldu kölgəm.
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-yaman-darixmisam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İlləri dən kimi zaman üyütdü,Ocaq heydən düşüb, köz qaralıbdır.
Tapmaq - itirməkBir eniş varsonunda
Cavabİranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.*Özgə qapısına daş atan – azğın,
Ləzzəti - ağrısıGülün ləçəyində od varaq-varaq,Bilmirik hardandır bu rəng, bu ətir.