Ləzzəti - ağrısı
Gülün ləçəyində od varaq-varaq,Bilmirik hardandır bu rəng, bu ətir.Gül də iztirabdan doğulur, ancaqRəngi də, ətri də yanmaqdan gəlir.
Yanır önümüzdə ocaq gürhagur,Biz də qızınırıq alışan oda.Bilmirik, ağacın can ağrısıdırAlışan kösöyün alovları da.
Oturub evində yalnız həzz üçünŞerimi oxuyan oxucum,Düşün!Sənin ürəyinə istilik verənBu duyğu, bu alov hardandır, görən?Düşün, sən düşün!Ətrimi iylədin, rəngimi gördün."Gözəldir" - dedin!Ancaq bilmədin,O rəng, o ətirBöyük bir yanğıdan bircə qətrədir.Oxu dərin dərin, duy dərin-dərin,Ey mənim könlümü təftiş edənim.Duysan, bilərsən ki, bu şeirlərinLəzzəti sənindir, ağrısı mənim.
İyul, 1982
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-lezzeti-agrisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Üzmə məniYaş ötür, gözəl qız, həyat şirindir,Məhəbbət ondan da qat-qat şirindir.
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.