Oxucu məktubu
Məktublar alıram oxuculardan,Məktublar nur dolu, təşəkkür dolu.Bir bələdçi olub mənə çox zaman,Göstərir haqq yolu, doğru-düz yolu.Oxucu məktubu! Şirindən şirinKönlümə dayaqdır onun hər biri.Dedi bu məktublarTənqidçilərinDeyə bilmədiyi çox mətləbləri.
Oxucu məktubu! Möhtacam mən dəSənin könül açan sözünə hər gün.Bəzən öz-özümdən şübhələnəndə,İnamsız qəlbimdə inama döndün.
Oxucu məktubu!DüşünənlərinKönül hıçqırığı, ürək nidası!Yazdığım nəğmənin, yazdığım şeirinBir müddət sonrakı əks-sədası!Səndən ey oxucum, çox bilmirəm mən,Məqsədim deyildir dərs vermək sənə.Məqsədim - qəlbimdə alışan oddanAtəş çiləməkdir sənin qəlbinə.Həqiqət naminə yaşayanlarınQəlbində alışar, döyünər bu od.Yoxu var,əyrini düz sayanlarınKönlündə köz tutmaz, tez sönər bu od.Bu od əmanətdir Nəsimilərdən,Şairlər qoruyub yaşatmış onu.Bu odun nuruyla hər xalq, hər vətənAçmış həqiqətin, haqqın yolunu.Bu odun istisi yaşatmış bizi,Zülmətdən keçirmiş mənliyimizi.
Günəş alışmasa, gün doğmaz yəqin.Həqiqət görünməz!həqiqət budur!Bir xalqın sağlığı - şairlərininAlışıb yandığı oda borcludur.
Şair - od qaynağı, şeir - güllədir.Barıtsız şeirə şeir deyilməz.Şairi olmayan bir xalq kütlədir,Amalsız bir kütlə xalq ola bilməz.
Oxucu məktubu! DüşünənlərinKönül hıçqırığı, ürək nidası.Yazdığım nəğmənin, qoşduğum şeirin,Bir müddət sonrakı əks-sədası!
Mən tək, siz çoxsunuz...hər birinizəCavab yazammıram...Ancaq mən sizəBorclu da qalmıram,Ürək sözlərimKağızlar üstündə şırım-şırımdır.Ünvanı siz olan mənim hər şeirimSizə göndərdiyim məktublarımdır.
İyul, 1981
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-oxucu-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
"Sonuncu döngə"*Eldar Mansurov bəstələmişdir
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdurYenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Bu qədər saldı məni həsrət, amandan-amanaBu qədər saldı məni həsrət, amandan-amanaKönlüm axırda mənim düşdü gümandan-gümana.
Ağlar ürəyim, səs gələr, ah-azar görünməzAğlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.
Başqa şairlərin şeirləri · İlahi eşq
Vəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Haray-harayYa ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,
YetirməsinVəzir, sana qarğayıram,Haqq diləyin yetirməsin!
İslama vacibSuliddin beşdir islama vacib,Əvvəli tövhiddir Rəbbim xəbərdar.