"Sonuncu döngə"

Eldar Mansurov bəstələmişdir

Bu yollardan qatar ötdü,Qulağımda səsi qaldı.Tükənsə də canda taqət,Yaşamaq həvəsi qaldı.

Dayazda gördüm dərini,Xeyirdə gördüm şərini.Ömrün yaxşı günləriniYola saldım, pisi qaldı.

Ömür ki, var bircə qarış,İlki savaş sonu barış.Qatar ötdü qırış-qırışÜz-gözümdə hissi qaldı.

Unudulub çoxdan bəri,Dünyanın toy-düyünləri.Ötüb keçdi şən günləri,Dərdi, qəm-qüssəsi qaldı.

Qatar gedir özbaşına,Yetdim ixtiyar yaşına.Çatıram mənzil başına,Sonuncu döngəsi qaldı.

İyun, 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri