Uşaqlığım,Gəncliyim,ahıllığım - eynimi?!Yox, hər biri başqadır, bir-birinə yad kimiGələn qovur gedəni. İnkar edir mən, məni...Ömrün hər pilləsində başqalaşır təbimiz,Dünyada məqsədimiz, dünyadan tələbimiz.Vaxt məni pərvanətək başına dolandırır,Dünən qanmadığımı bu gün mənə qandırır.

Kim döşünə döyər ki,Mən vahidəm, mən birəm!Bircə bunu bilirəm: mən güclüyəm, qadirəm.Mən gücsüzəm, acizəm təkcə vaxtın əlində.Ömrün o sahilinə əlim yetə bilməyirÖmrün bu sahilində.

Hanı gözümün nuru, Hanı qəlbimin qoru?Kimdir udan, uduzan zaman ilə arzununəbədi yarışında?!

Saçımın ağlığında, alnımın qırışındaZaman necə at çapır, yüyəni öz əlində.Oğulsansa, tap görək, kimdir atın belində!Mən öz azadlığıma tanrı dedim, haqq dedimBir hökmə, bir fərmana mən başımıəymədim.Amma vaxtın dalıncaÖmrüm boyu qul kimi necə sürünmüşəm mən,Qolumdakı saatın quluna dönmüşəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri