پیری عالم نگر و تنگی‌اشتا نفریبی به جوان رنگی‌اش

Dünya qocadır, dardır, ona diqqət elə sən,Qoy səni aldatmasın gənc görünsə də üzdən.

بر کف این پیر که برنا وَشَستدسته گلی می‌نگری، و آتش‌ست

Cavan görünən qoca əldə tutsa dəstə gül,Aldanma, heç bir zaman, atəşdir, o, gül deyil.

چشمه سراب است فریبش مخوَرقبله صلیب است نمازش مَبَر

Artıq inanma ona şoranlıqdır çeşməsi,Namaz qılma aldanıb, xaçdır onun qibləsi.

زین همه گل بر سر خاری نه‌ایگر همه مستند تو باری نه‌ای

Bu qədər güldən sənə qismət olmaz bir tikan,Hamısı vardırsa da, unutma ki, sən yoxsan.

چون ببری ز‌آنچه طمع کرده‌ایآن بری از خانه که آورده‌ای

Tamah etdiklərindən onda ki, üzərsən əl,Evdən gətirdiyini apararsan, düşün gəl,

چون بُنِه در بحر قیامت برندبی‌دِرَمان جان به سلامت برند

Qiyamət dəryasına edən zamanda səfər,Ora yalnız pulsuzlar başı səlamət gedər.

خواه بِنِه مایه و خواهی ببازکه‌آنچه دهند از تو ستانند باز

İstər ud, istər uduz, çarə yox bundan qeyri,Sənə verdiklərini səndən alarlar geri.

خانهٔ داد و ستد است این جهانکاین بدهد حالی و بستاند آن

Bu alış-veriş evi gördüyün dünya ki var,Biri verər, o biri aman vermədən alar.

گرچه یکی کرم بریشم‌گرستباز یکی کرم بریشم‌خُوَرست

Biri ipək qayıran, hörən bir qurdsa əgər,O biri mütləq ipək yeyən bir qurda bənzər,

شمع کن این زرد گل جعفریتا چو چراغ از گل خود برخوری

Çıraq kimi bir bəhrə almaqçün öz gülündən,Gülcəfər kimi sarı qızılı şam eylə sən.

تن بشکن نُه دَری‌یی گو مباشزر بفکن شش سری‌یی گو مباش

Bədənini sındırıb olma doqquzqapılı,Altıbaşlı o qızıl bütlərin olma qulu.

پای کرم بر سر زر نِه، نَه دستتات نخوانند چو گل زر‌پرست

Əlini qızıla yox, kərəm ayağına qoy,Sənə, qızılgül kimi zərpərəst deməsin qoy. —

زر که بر او سکهٔ مقصود نیستآن زر و زرنیخ به نسبت یکی است

Bir qızılın ki, məqsəd daşımaya sikkəsi,Zırnıqla bərabərdir, yox bu sözün şübhəsi,

دوستی زر چو به سان زر استدر دم طاووس همان پیکر است

Zərinə görədirsə qızıla bu məhəbbət,Tavusun quyruğu da zər tək zərlidir əlbət.

سکهٔ زر چون که به آهن برندپادشهان بیشتر آهنگر‌ند

Qızılın sikkəsini dəmir qılıncla alanPadşahlar bir dəmirçi sayılırlar hər zaman.

ساخت ازو همت قارون کلاهاز سر آن رخنه فروشد به چاه

Qızıldan xaç qayırıb Harun göstərdi hümmət,O, bu günah üzündən quyuya düşdü əlbət.

بارِ تو شُد تاش سر تست جایبارگی‌ات شد چو نهی زیر پای

Qızılı başda tutsan sənə yük olar ancaq,Ayağının altına çəksən atın olacaq.

دادن زر گر همه جان دادن استناسِتَدَن بهتر از آن دادن است

Sənə can vermək kimi gəlsə qızılı vermək,Onu almamaq, canı verməkdən xoşdur gerçək.

در سِتَدَن حرص جهانت دهددر شدن آسایش جانت دهد

Qızıldan doğar sənə dünyada tamah, kədər.Onun əldən çıxması canını rahat edər.

آنکه ستانی و بیفشانی‌اشبهتر از آن نیست که نستانی‌اش

Onu alsan da bir gün çıxacaqdır əlindən;Almamaq isə daha yaxşı olur, düşün sən.

زر چو نهی روغن صفرا‌گر‌ استچون بخوری میوهٔ صفرا‌بر است

Qızıl yığmaq bənzəyər səfra artıran yağa;Xərcləmək bir meyvədir səfranı dağıtmağa. —

زر که ز مشرق به در افشانده‌اندبی‌خبران مغربی‌اش خوانده‌اند

Qızılı çıxartmışlar gündoğandan, məşriqdən,Ona məğribli demiş xəbərsizlər bəs nədən?

مغرب و آن قوم سخا دشمنندمشرق و اهلش به سخا روشنند

Məğriblə məğriblilər səxaya oldular yad,Məşriqlə məşriqlilər səxa ilə aldı ad.

هرچه دهد مشرقی صبح باممغربی شام ستاند به وام

Məşriqli nə verərsə verəcək səhər çağı,Məğribli axşam çağı öyrənmiş borc almağı.

والی جان همه کان‌ها زرستنایب دست همه مرغان پرست

Qızıldır mə’dənlərin ruhuna hakim, heyhat,Bütün quşlar üçünsə əl yerindədir qanat.

آن زر رومی که به سنگ دمشقراست برآید به ترازوی عشق

Bir zaman Rum qızılı öz daşilə Diməşqin,Düz gəlsə çəkiləndə tərəzisində eşqin,

گرچه فروزنده و زیبنده استخاک برو کن که فریبنده است

Olsa çox yaraşıqlı, görünsə də çox parlaq,Aldadıcıdır, basdır, qoy udsun onu torpaq.

کیست که این دزد کلاهش نبُرد‌‌؟و‌آفت این غول ز راهش نبرد‌‌؟

Bu kimin papağını qapmamışdır başından,Bu şeytan nə etməmiş insana öz yaşından?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri