Fikir qanadlarım
Mənim qanadlarım var:Şirin-şirin arzular,Böyük-böyük xəyallarQanadlarımdır mənim!..Dünya - qanadlarımçınçox kiçikdir, kiçikdir,Kainatdır - Vətənim!..
Arzular dünyasınaUçan zaman ağıllarYarandı əfsanələr,Əsatirlər, nağıllar...
Uçuram, hey!.. uçuram!..Mən təpə, düz bilmirəm.Gecə, gündüz bilmirəm!Xəyalın bir hüdudu,Xəyalın bir həddi yox!Göylərin sərhəddi yox!Quşlar niyə azaddır?Azadlığın təşbehi,Yaşayır quş adında.Azadlıq uçur, uçur,Quşun sərhəd bilməyənO qoşa qanadında.Fikrin qanadları da Azaddır!..Sərhəddi yox!Səma kimi həddi yox!..Fikirdə min hal olur.Bəzən səmanın özüFikrə darısqal olur!Uçur, uçur xəyallar,Səmadan da o yana.Boşluqda mənzilmi var –Orda fikrin qanadı,
Qərar tutub dayana?..Nə qədər istəyirsən Bax!
Üzümə bax! Nə qəm!Məndən çox-çox böyükdürAyaqları başımdaBaşı, sonsuz səmada
Süzən fikrim, düşüncəm!..Mən azadam, azadam!Mənzili görünməyənBir əbədi yolum var.Məni yerdən qaldıran,Həddi, hüdudu qıranFikir qanadlarım var.
Yanvar, 1969
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-fikir-qanadlarim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Batabat bulağıBulaqların bir səmtədir axarı,“Salvartı”nın xoş görünür baxarı,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.