Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf,Aldı könlümü vəfadar olmadı, heyf oldu heyf,
Saxlar idim qəhrini könlümdə daim can kimi,Sirrimi faş etdi, əsrar olmadı, heyf oldu heyf.
Kim ki, yüzbin məkr ilə qıldı məni səndən cüda,Yüz bəlayə ol giriftar olmadı, heyf oldu heyf.
Firqətin oduna yandım, canü dil oldu kəbab,Kimsə halimdən xəbərdar olmadı, heyf oldu heyf.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşq əlindən xəstə düşdü bu Xətainin təni,Ləblərindən bircə timar olmadı, heyf oldu heyf.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ol-peripeyker-mene-yar-olmadi-heyf-oldu-heyf
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,