Dərdli könlün məlul çağı,Budu, yar gəldi, yar gəldi!Aşığın çeşmi çırağı,Budu, yar gəldi, yar gəldi!

Seyrağıblar başım qatdı,Sözüm dərəcəyə çatdı,Üzündən niqabı atdı,Budu, yar gəldi, yar gəldi!

Mən Abbasam çəkməm ahı,Gördü gözüm gözəl mahı,Olmuşam yarın məddahı,Budu, yar gəldi, yar gəldi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq