Var
Bir əcayib şey deyim, görkü necə halı var,Əlli altı, yüz üç dəfə, min altmış beş gülü var,Saçını penhan eylədim, sən ara bil yerini,On üç der babdı səddinə,beş min dörd yüz yolu var.
Gedə bilsən dərgahına,yüz min kövhər kən olu,Ətrafında tərki sərdi demə ki, bir fənd olu,Əsli şeşdi,iyirmi beşdi, üç beş yerdən bənd olu,Sed-dü, dü sed bulağını saydım ki, yek dalı var.
Ey alimlər Səfil Şenlik sizə verdi salamı,Son cavabım nə sualdı, siz buyurun kəlamı,Nəyi tutardı qəlbində, sayar ərşi aləmi,Nə yerdə süküta daldı,harda qalmağalı var.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-senlik-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şenlik der: məclisə sağı gələndə,Qədəhi dəstində ağı gələndə,
Yasını gözlərBu dünyada Tanrı kefi çəkən gul,Cəhənnəm narının yasını gözlər,
Məhəmməd və GüldənəƏrbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəmməd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər. Aradan az keçməmiş Məhəmmədin atası öldü. Anası on yaşına kimi onu saxladı. Sonra o da vəfat etdi.
Aşıq Şenliyin Mumuxan səfəriMumuxanda Gülnaz adlı bir dul arvad yaşayırdı. Gözünün ağı qarası Nəcəf adlı bir oğlu var idi. Nəcəf böyüyüb həddi-buluğa çatmışdı. Nəcəf bu kəndin ağası Tağının qızına aşıq olmuşdu. Di gəl ki, Tağı varlı olmasına baxmayaraq həm tamahkar həm dəki, insafsız bir kişi idi.Tağı eşidəndə ki, qızı Eminə Nəcəfə söz verib könül bağlayıb daş atdı başını tutdu. Tağının qapısına elçi məqsədilə kəndin ağsaqqalları çox gəldi-getdi, amma bu işdən bir şey çıxmadı. Gülnaz arvad baxdı ki, oğlu günbəgün geriliyir. Naləc qalan Gülnaz axırda Aşıq Şenliyə bir məktub yazdı və kağızı oğluna verib dedi: -
Başqa şairlərin şeirləri
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,