Başına döndüyüm gülüzlü ana,Gəlməsin Abbasım, Allah kərimdi.Dərdindən olmuşam dəli-divana,Gəlməsin Abbasım, Allah kərimdi.

Fələk məni şad eləyib güldürü,Ağladıban çeşmim yaşın sildiri,Becan kəmfürsətdi, gəlsə öldürü,Gəlməsin Abbasım, Allah kərimdi.

Gülgəz Pəri saralıban solunca,Qaynayıban peymanələr dolunca,Qoy gəlməsin Məhəmməd xan gəlincə,Gəlməsin Abbasım, Allah kərimdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri