Dərs almamış açdım kitab oxudum,Möhtac deyil heç ustaya qaşların.Təzə çıxıb kamandarın əlindən,Bənzər üç gecəlik Aya qaşların.

Ovçu olan durar dağ damanmdaDərdi olan durar dərdli yanında,Nə durubsan seyrağıbın dalmda,Veribdi ömrümü zaya qaşların.

Bir xalın bəzirgan, bir xalın xoca,Hüsnün zəkatını ver mən möhtaca,Mən Abbasam, eyləməzdim iltica,Məni gətdi ilticaya qaşların.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri