Sipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,Qiyasi-əqli-küll zatında qasir,Deyən şənində əhməd "maərəfna".Təmamən masiva etsə kitabət,Yazanmaz vəsfinə bir sətri-tuğra.Olar vəssaflər vəsfində aciz,Zəhi sübhani-bieybü mübərra.Fərəhza, qəmzüda kəlmati-pakiTapılmaz elminə övlavü üxra.Edən məxluqi min şeyi icad,Vücud ondan tapıb əczayi-əşya.Zəhi qadir ki, bu nöh taqi-çərxiUcaldıb sün binəccarü bənna.Kəvakiblə verən əflakə zivər,Bürucati-bənat, əqdi-sürəyya.Yaratdı cümləsin yeksər ədəmdən,Hamana "kaf"i etcək "nun"ə ilqa.Qılıb bir qətrədə cəmi-əvalim,Mürəkkəb eyləyib əczavü əza.Fəlasif cümlə aciz hikmətində.Ümumən ləğvdir hökmi-ətibba.Olub ondan müvafiq dörd məxalif,Qılar dörd zidd bir yerdə müdara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri