Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.

Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər,Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş.

Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhalHüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş.

Demə kim üşşaq qanın tökməyə qəmzən kimiQatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib,Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq