Özgələr yanında döymə sinənə,Aşığam deyirsən, avazın hanı?Saza bağlamısan çarıq bağını,Naxışlı saz bağın, qotazın hanı?

Yonublar sazını qara taxtadan,Çən tutubdu, təzə düşüb taxçadan.Bir bəzəkli çit tapaydın boxçadan,Qara don geyinmiş, o sazın hanı?

Buluda dəyəndə Bəstinin səsi,Onu eşidənin gəlir həvəsi.Oğlan, yeməmisən usta şilləsi,Ustaddan yadigar qapazın hanı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri