Rəvanmıdır, rəvamıdır, həbibi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Rəvamıdır, rəvamıdır, həbibiKi, oda yandırasan mən qəribi?
Məni bu dərdi-eşqə sən buraxdın,Yenə sənsən bu dərdimin təbibi.
Cəmalın gülşənindən haşalillahKi, məhrum döndərəsən əndəlibi.
Qaşın mehrabına baş qoymayanlarMəgər boynunda bağlıdır səlibi.
Canımdan kəsmişəm, dilbər, ümidi,Vəli səndən kəsə bilməm rəqibi.
Yaza kirpiklərin, nəsrən minallah,Oxur dodaqların fəthən qəribi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin bu xublar filqətindənCəfavü dərd imiş ancaq nəsibi.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-revamidir-revamidir-hebibi
← → düymələri ilə keçid, R — təsadüfi şeir