Salıbdır daneyi-xalın könüllər quşuna çinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Salıbdır daneyi-xalın könüllər quşuna çinə,Xəbər düşdü bu mə’nidən Xətavü Rum ilə Çinə.
Könül laçın deyü düşdü ki, ala şol göyərçini,Göyərçin bayquşa düşdü, yazıqdır imdi laçinə.
Cahanda kimsə görməmiş ki, bayquş ala göyərçin,Qəzayi-asimanidir, bəla gəldi göyərçinə.
Gülü gülzari-pürçindir, qonubdur zülfi-pürçinə,Nə güldür bilməzəm, yarəb, ki pürçin qondu pürçinə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xilafi-və ’də gər qılsa Nəsimi, qəm deyil, şayədTərəhhüm eyləyə bir gəz, yalanı dəgşirə çinə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-salibdir-daneyi-xalin-konuller-qusuna-cine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Bu qızınNə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
DindirməBu qız bulud kimi dolub,Yanağının gülü solub,