Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə,Çiçəgi açıldı, güldü şol gülüstanın yenə.
Gül götürdü pərdə üzündən, açıldı növbahar,Rövnəqi gəldi, dirildi bağü bostanın yenə.
Könlümün əhvalını, gəldi, gözümdən sordu yar,Övni irdi dərdə yanan canə dərmanın yenə.
Gəldi ruhəfza ləbindən susamış canə səlam,Xızra ən’amı irişdi abi-heyvanın yenə.
Firqətin dövranı keçdi, gəldi əyyami-vüsal,Müddəti-dövrü tükəndi acı hicranın yenə.
Zülmətindən leylətül-hicrin mana ayruq nə qəm!Nuri çün düşdü mana şol mahi-tabanın yenə.
Dilbərin buyi-vəfası zülfünün çinindədir,Ənbəri yayıldı şol zülfi-pərişanın yenə.
Başıma qutlu ayağın gəldi basdı ol nigar,Kölgəsi düşdü mana sərvi-xüramanın yenə.
Əhdü peymanından, ey yar, istədi can əl yumaq,Qoymadı mehrin vəfası, əhdü peymanın yenə.
Ey qəmər, eynin bəla yetməzmidi aləmdə kim,Fitnə oldu xəlqə zülfi-ənbərəfşanın yenə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Nəsiminin susamış qanına yarın ləbi,Noldu, ey münkir, sana kim, qaynadı qanın yenə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-rehmeti-geldi-irisdi-fezli-rehmanin-yene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.
Çıxar pənbə qulağından, gözün açÇıxar pənbə qulağından, gözün açKi, həşr olduvü çalındı bu gün sur.
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqabÇünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməzDaldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,Küfrün sözünü dünyada iman dəxi bilməz.
Başqa şairlərin şeirləri · Eşq
Mən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
İlqarNigara*Mən bayquş olub
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Başumadur saçun sevdâ bu giceBaşumadur saçun sevdâ bu giceCâna ışkun durur gavgâ bu gice